Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Helqa Şmid Moskvada görüş zamanı digər məsələlərlə yanaşı, Qarabağla bağlı da müzakirə aparacaqlar.
AzerTimes-ın TASS-a istinadən məlumatına görə, danışıqlar ATƏT-in hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahədəki işi ilə bağlı geniş məsələlərə həsr ediləcək.
S.Lavrov və H.Şmid eyni zamanda aktual ümumavropa problemləri, ATƏT-in cari fəaliyyəti və təşkilatın 2021-ci ilin ikinci yarısında iş planlarını müzakirə etməyi planlaşdırırlar.