Rusiya XİN-in Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatı təəssüf doğurur – Nazirlik

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı
bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə
hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş
məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.

AzerTimes-ın məlumatına görə, bu
barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsinin Rusiya Federasiyası XİN-in sosial şəbəkə
hesabında Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə
bağlı şərhində deyilir.

“Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə
“Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt
Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli
olmalıdır.

Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya
XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata
müvafiq düzəlişin ediləcəyini gözləyirik”, – məlumatda deyilir.

Teqlər: