Rusiya XİN-in internet platformalarına genişmiqyaslı DDoS hücumu səbəbindən bugünkü brifinq saat 14:00-a təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN sözçüsü Mariya Zaxarova RİA-ya açıqlamasında deyib.
Zaxarova əlavə edib ki, mütəxəssislər resursların funksionallığını bərpa etmək üzərində işləyirlər.
Qeyd edək ki, brifinq bu gün 10:00-da başlamalı idi.