Azərbaycanın humanitar yardım kimi Ukraynaya transformator və generatorların təhvil verilməsi qərarı Moskvaya aydın deyil.
AzerTimes xəbər verir ki, bu barədə TASS Rusiya XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
“Vəziyyəti kökündən dəyişdirə bilməyən Azərbaycan tədarükləri humanitar yardıma bərabər deyil”, – diplomatik mənbə bildirib.
Qeyd edək ki, dekabrın 10-da Azərbaycanın Ukraynaya elektrik avadanlıqları şəklində humanitar yardım göndərdiyi məlum olub. Humanitar yardım paketinə 45 güc transformatoru və 50 generator daxildir.
Bu humanitar yardımın Rusiya XİN-in adı açıqlanmayan mənbəsini niyə narahat etdiyi məlum deyil.