Rusiya XİN-dən Xocalı görüşünə reaksiya

Rusiya XİN-dən Xocalı görüşünə reaksiya

Ümid edirik ki, bu prosesin müsbət nəticələri Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün sazişlər toplusunun həyata keçirilməsi üzrə işlərin sürətlə bərpasına, o cümlədən nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına, Ermənistan-Azərbaycan sərhədinin müəyyənləşdirilməsinə töhfə verəcək.

AzerTimes xəbər veri ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağın erməni əsilli sakinlərini təmsil edən nümayəndələr arasında aparılan danışıqları şərh edərkən bildirilib.

XİN qeyd edib ki, Rusiya sülhməramlı kontingenti danışıqlara şərait yaradıb, danışıqlarda silahsızlaşdırma, dinc həyatın bərpası, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, ötən gün Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.

Teqlər: