Rusiya XİN-dən Qriqoryana: Mövqeyini müəyyənləşdir!

Rusiya XİN-dən Qriqoryana: Mövqeyini müəyyənləşdir!

Ermənistan Təhlükəsizlik Şurasının Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim: ya Ermənistan tərəfi ilə normal dialoq olmalı, ya da belə bəyanatlar verilməlidir. Biz birincini seçirik.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

M.Zaxarova qeyd edib ki, A.Qriqoryanın bu yaxınlarda şərh etdiyi kommunikasiyaların açılması mövzusu Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri tərəfindən işlənilir:

“Buna görə də kənardan belə şərhlərə cavab verməyi düzgün hesab etmirəm”.

Qeyd edək ki, daha öncə Qriqoryan Rusiyanın Ermənistanı dəhliz verməyə məcbur etdiyini və Rusiyadan sifariş edilən və pulu ödənilən silahların verilmədiyini bildirib.

Teqlər: