Rusiya nüvə müharibəsinin yolverilməzliyi postulatını rəhbər tutur.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Rusiya yalnız kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq və ya dövlətin mövcudluğuna təhdid yarandıqda bu silahdan istifadə edə bilər”, – bəyanatda qeyd olunub.