Nigerdəki böhranın hərbi yolla həlli uzunmüddətli qarşıdurmaya səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Nigerdəki böhranın hərbi yolla həlli bu ölkədə uzun sürən qarşıdurmaya, eləcə də, Sahara-Sahel bölgəsində vəziyyətin kəskin qeyri-sabitləşməsinə səbəb ola bilər”, – məlumatda bildirilib.