Biz artıq NATO ilə yaxınlığın nələrə səbəb olduğunu gördük: münaqişələrə cəlb olunma, suverenlik və müstəqilliyin itirilməsi, sözün hər mənasında və bütün sahələrdə özgə planlarının iradəsinə tabelik və ən əsası, öz milli maraqlarını həyata keçirmək imkanının olmaması.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi Xavyer Kolominanın Ermənistanın ittifaqla yaxınlaşmağı hədəflədiyinə dair açıqlamasına münasibət bildirərkən bildirib.
“Bütün bunları təhlil edərək, Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, nəyin səmərəli olduğunu, nəyin qısamüddətli, nəyin ortamüddətli və nəyin uzunmüddətli fayda gətirdiyini bilmək və bundan çıxış etmək lazımdır, boş vədlərdən deyil”, – Zaxarova qeyd edib.