Rusiya XİN-dən Azərbaycandakı seçkilərlə bağlı bəyanat

Rusiya XİN-dən Azərbaycandakı seçkilərlə bağlı bəyanat

Rusiya Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsinə sadiqdir”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, MSK-nın yaydığı yekun nəticələrə əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin qalibidir.

Teqlər: