Rusiya XİN: Bu biabırçılıqdır!

Rusiya XİN: Bu biabırçılıqdır!

“Krokus Siti Hall” konsert zalında baş verən terror aktına Avropa Şurası rəhbərliyinin reaksiya verməməsi qurum üçün biabırçılıqdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, boş yerə özünü “Avropanın vicdanı” adlandırmağa çalışan, Avropa qitəsində insan hüquqlarının əsas müdafiəçisi olmağa cəhd edən bir təşkilatın tarixinin növbəti biabırçı səhifəsidir. Strasburqdan belə bir xətt siyasi ikiüzlülük və ikili standartlara qərq olmuş bugünkü Avropa Şurasının dərin deqradasiyasını bir daha təsdiqləyir”, – o bildirib.

Diplomat vurğulayıb ki, Rusiya iki ildən artıqdır ki, öz təşəbbüsü ilə yollarını ayırdığı Avropa Şurasından kömək tələb etmir:

“Mülki əhaliyə qarşı vəhşicəsinə hücuma cavab verilməməsi Avropa Şurasının beynəlxalq sabitliyə, terrorizmə, ekstremizmə qarşı mübarizəyə və insan hüquqlarının qorunmasına töhfə verə biləcəyi ilə bağlı suallar doğurur”.

Teqlər: