Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyə və Suriyada axtarış-xilasetmə əməliyyatlarını başa çatdırıb və qruplarını bu ölkələrdən çıxarır.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar naziri Aleksandr Kurenkov bildirib.
“Axtarış-xilasetmə əməliyyatı yekunlaşır. Bununla əlaqədar, Rusiya Prezidenti Rusiya Fövqəladə Hallar Nazirliyinin qruplarını geri çəkmək qərarına gəlib”, – Kurenkov vurğulayıb.