Xəbər - Sədrəddin Ağcayev – Trend:
Rusiyanın “Mosturflot” kruiz şirkəti “Pyotr Veliki” layneri ilə Xəzər, Azov və Qara dənizləri ilə kruiz səfərləri imkanını nəzərdən keçirir.
AzerTimes-ın məlumatına görə, bunu şirkətin baş direktor müavini Svetlana Qonçarova deyib.
O bildirib ki, Rusiyada Volqa çayında kruizləri üç dənizlə birləşdirən marşrutlar hazırlanıb: “Marşrutlardan biri Moskvadan Volqa çayı ilə Həştərxanadək, daha sonra Xəzər dənizinə çıxmaqla Bakıya qədər olacaq. Digər marşrut Xəzər dənizi ilə Bakıya çıxış, daha sonra Volqa-Don kanalı ilə Azov dənizinə, oradan da Qara dənizlə Soçiyədək davam edə bilər. Bundan başqa, Türkiyəyə də marşrutların eləcə də Xəzəryanı beş ölkə boyunca kruizlərin təşkili planlaşdırılır”.
(Tərcümə: Orxan Nəbiyev)