Rusiya ordusu Xerson vilayətinin İnqulets yaşayış məntəqəsindəki aqrar müəssisəyə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.
“Zərbələr nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb və orada müalicə olunub”, – Prokudin bildirib.