Rusiya Xersondan 60 min insanı köçürür – Video

Rusiya Xersondan 60 min insanı köçürür – Video

50-60 min insanı Xerson vilayətinin sol sahilinə və Rusiyanın digər bölgələrinə köçürməyi planlaşdırırıq.

AzerTimes xəbər verir ki, bunu Xersondakı qondarma rejimin rəhbəri Vladimir Saldo deyib.

Onun sözlərinə görə, hazırda Xersondakı çay limanında sol sahilə hərəkət etmək üçün insanlarla dolu katerlər dayanıb.

“İnsanların köçürülməsi təxminən 6 gün vaxt aparacaq. Şəhərdə gərginlik yoxdur”, – Saldo bildirib.

“İzvestiya” nəşrinin müxbiri Natalya Qrafçikova deyib ki, əhalinin daşınması iki teploxod vasitəsilə həyata keçirilir. Hadisə yerində FHN əməkdaşları işləyir. Sahilin o tərəfində isə insanları avtobuslar gözləyir.

Qeyd edək ki, Saldo ötən gün Ukrayna hücumu gözlənildiyi üçün mülki əhalinin “Dnepr çayının sol sahilinə yerləşdirilməsi barədə çətin, lakin düzgün qərar qəbul” etdiyini bildirmişdi.

Teqlər: