Rusiya hava-kəşfiyyat qoşunları Ukraynada ilk dəfə olaraq yeni yaradılmış 104-cü Qvardiya hava-desant diviziyasını yerləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilir.
Məlumata görə, bu diviziya Xerson vilayətində cəmləşəcək:
“Rusiyanın müdafiə naziri Şoyqu bu ilin avqustunda diviziyanın bərpası barədə bildirmişdi. Diviziyanın tabeliyində olan bölmələrə, ehtimal ki, 337-ci alay, əlavə manevr alayı və 52-ci artilleriya briqadası daxildir. Nəticə etibarı ilə Rusiya ordusunda indi beş diviziya var. Lakin onlar zəif təlim keçib və Rusiya hava-desant qüvvələrinin əvvəlki elitar standartlarına cavab vermir”.