Rusiya qoşunları Xerson vilayətindəki müdafiə mövqelərini gücləndirir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
“Yujnobuqski istiqamətində işğalçılar əsas səylərini qoşunlarımızın Xerson və Nikolayev vilayətlərində əks-hücum əməliyyatları keçirməsinin qarşısını almağa yönəldirlər. Nikolayev istiqamətində düşmən müəyyən ərazilərdə artilleriya bölmələrini yerləşdirib. Gələcəkdə Xerson vilayətinin inzibati sərhədlərinə çatmaq üçün Kiselevka-Posad-Pokrovskoye və Aleksandrovka-Luparevoye istiqamətlərində hücum əməliyyatları keçirmək cəhdləri istisna edilmir”, – məlumatda deyilib.