
Rusiya qüvvələri bazar günü Xerson İstilik Elektrik Stansiyasına daha bir zərbə endiriblər. Hücum nəticəsində stansiyanın bir nəfər əməkdaşı yaralanıb və infrastruktura xeyli ziyan dəyib.
AzerTimes xəbər verir ki, bu barədə “Naftogaz”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hazırda ərazidəki dağıntılar aradan qaldırılır.

