Rusiya xəritələri təqdim etməyə hazırdır – Lavrov

Rusiya xəritələri təqdim etməyə hazırdır – Lavrov

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ilk iclası artıq baş tutub və ikinci iclası olacaq. Rusiya xəritələr təqdim etmək də daxil olmaqla, məsləhətçi yardım göstərməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransı zamanı bildirib.

O, həmçinin regionda kommunikasiyaların qarşısının alınması üzrə üçtərəfli komissiyanın işinə diqqət çəkib. Rusiyalı nazir bütün məsələlərin sonda öz həllini tapacağına əmin olduğunu qeyd edib.

Rusiyanın xarici işlər naziri əmindir ki, münasibətlərin tam normallaşmasından başqa yol yoxdur. O əlavə edib ki, şərti sülh müqaviləsi Azərbaycanın təkliflərinə əsaslanır və buna cavab olaraq Ermənistan öz baxışını təqdim edib.

“Öz növbəsində Rusiya vasitəçi, məsləhətçi kimi iştirak etməyə hazırdır”, – deyə Lavrov fikirlərini yekunlaşdırıb.

Teqlər: