Rusiyada hazırlanan xərçəng əleyhinə vaksin melanoma (dəri xərçəngi) xəstələri üzərində sınaqdan keçiriləcək.
AzerTimes bu barədə Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib.
Onun sözlərinə görə, bu vaksin dərmanının tədqiqat proseduru adi haldan fərqlənəcək – sınaqların klassik birinci, ikinci və üçüncü fazaları olmayacaq:
“Hazırda melanoma üzərində işləyirik, çünki bu, texniki cəhətdən daha asandır. Dəri xərçəngi səthidir, hər şey görünür, amma başqa tədqiqatlar da olacaq. Kazan Fundamental Tibb və Biologiya İnstitutu digər modellər, xüsusən də dünyada təxminən 1,2-1,3 milyon insanın öldüyü kiçik hüceyrəli ağciyər xərçəngi ilə bağlı tədqiqatlar aparır. Bu, ən çox rast gəlinən bədxassəli xərçənglərdən biridir”.
Mərkəzin direktoru əlavə edib ki, vaksin fərdi qaydada, xəstələrin vəziyyətini nəzərə alınmaqla tətbiq ediləcək:
Bu məhsul bir neçə elmi qrup – Rusiya Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzi, Moskva Elmi-Tədqiqat Onkologiya İnstitutu və Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzi tərəfindən hazırlanıb.
Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin bildirib ki, artıq kliniki sınaqlar başa çatıb.