Rusiya “Xəncər”i ilk dəfə bu qırıcıda istifadə etdi

Rusiya “Xəncər”i ilk dəfə bu qırıcıda istifadə etdi

Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarələrində ilk dəfə “Xəncər” raketləri istifadə olunub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Su-34 təyyarəsi hərbi əməliyyatlar zamanı “Xəncər” raketindən istifadə edib. Heyət atışı uğurla həyata keçirdiyi üçün dövlət mükafatına layiq görülüb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, “Xəncər” raketlərinin əsas daşıyıcısı MiQ-31 qırıcıları və Tu-22M3 bombardmançıları hesab olunur.

Teqlər: