Bu gün səhər saatlarında ruslar Xarkovda məktəbə raket zərbəsi endiriblər.
AzerTimes xəbər verir ki, bunu Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.
“Bu gün səhər saat 4-də rus işğalçıları Xarkovun Şevçenko rayonuna raket zərbəsi endiriblər. Hərbi terrorçular orta məktəbi hədəf seçiblər. Hazırda xilasedicilər dağıntıları təmizləyirlər. Zərərçəkən olmayıb”, – o bildirib.