Rusiya Xarkova zərbələr endirdi

Rusiya Xarkova zərbələr endirdi

Rusiya qüvvələri Ukraynanın Xarkov vilayətinin mərkəzinə və ətraf ərazilərə aviabombalarla zərbə endirib.

AzerTimes xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov və Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Terexov partlayışların həm ətraf ərazilərdə, həm də regional paytaxtın özündə baş verdiyini bildirib. İlkin məlumata görə, zərbə Şevçenkov rayonuna yönəlib.

Mer daha sonra Xarkovun ən işlək yollarından birinin hədəf alındığını qeyd edib.

“Bir neçə avtomobil yanır və yaxınlıqdakı binaların pəncərələri sındırılıb. Yanan avtomobillərin içərisində insanlar var idi”.

Teqlər: