Mayın 23-ü səhər saatlarında Rusiya qoşunları yenidən Xarkova hücuma keçib.
AzerTimes xəbər verir ki, bunu Xarkov meri İqor Terexov deyib.
O, şəhərdə 10-a yaxın partlayışın baş verdiyini bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov isə öz Teleqram kanalında qeyd edib ki, şəhərə azı beş zərbə endirilib. Sinequbov da sakinləri hava hücumu xəbərdarlığı ləğv olunana qədər sığınacaqdan çıxmamağa səsləyib.
Xarkov vilayətinin başçısı şəhərə hücumlar nəticəsində 5 itki olduğunu bildirib. Onun sözlərinə görə, şəhərin mülki infrastrukturu atəşə tutulub.