Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov məlumat yayıb.
“Atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, o cümlədən hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb. Bununla yanaşı, kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib”, – vilayət rəhbəri bildirib.
O eyni zamanda qeyd edib ki, Rusiya ordusu Qluşkovka kəndini də atəşə tutublar:
“Orada 60 yaşlı qadın yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib”.