Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Bakıya səfər edəcək

Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında
münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor
Xovayev Bakıya gələcək.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Xovayevin əsas vəzifələrindən biri sülh sazişinin
hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir.
Xüsusi nümayəndə artıq bu işə fəal qoşulub, İrəvanda faydalı
məsləhətləşmələr aparıb. Onun Bakıya səfəri Rusiya parlamentində
razılaşdırılıb”, – diplomat qeyd edib.

Teqlər: