Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ üzrə şəxsi nümayəndəsi ilə bölgədəki vəziyyəti müzakirə edib.
Trend xəbər verir ki, görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalar nəzərə alınmaqla, Qarabağ nizamlanmasının aktual məsələləri müzakirə olunub.