İyunun 28-də Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq qaçqınların və məcburi köçkünlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasını nəzərdən keçiriblər.
AzerTimes-ın Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, söhbət əsnasında dünyada qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin vəziyyəti, o cümlədən COVID-19 pandemiyası nəzərə alınmaqla, eləcə də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Rusiya ilə qarşılıqlı fəaliyyətinin müxtəlif aspektləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.