Rusiya xarici işlər naziri Macarıstanda Qarabağ məsələsini müzakirə edəcək – Zaxarova

Qarabağdakı vəziyyət Rusiya xarici işlər naziri Sergey Lavrovun Macarıstana planlaşdırılan səfəri çərçivəsində müzakirə ediləcək mövzular arasındadır.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, avqustun 24-də Macarıstanın Xarici iqtisadi əlaqələr və xarici işlər nazirinin dəvəti ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Budapeştə işgüzar səfər edəcək.

M.Zaxarova qeyd edib ki, səfər çərçivəsində ikitərəfli aktual məsələlərin, habelə beynəlxalq problemlərin, o cümlədən pandemiya, Rusiyanın Avropa İttifaqı və NATO ilə əlaqələri, Ukrayna və Qarabağdakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Teqlər: