Rusiya xarici borcu üzrə defolt elan edib – S&P

Rusiya istiqraz sahiblərinə dollar ödənişləri əvəzinə rubl
ödənişləri təklif edərək xarici borcu üzrə faktiki olaraq defolt
elan edib.

Trend “CNN Business”ə istinadən xəbər verir ki, bu barədə “Standard & Poor’s” reytinq agentliyi xəbər yayıb.

Agentliyin məlumatına əsasən, Rusiya aprelin 4-də ödəniləcək
dollarlıq iki istiqraz üzrə ödənişi rublla etməyə çalışıb, bu isə “seçilmiş defolt”a bərabərdir.

Agentlik bildirir ki, seçilmiş defolt bütün borc üzrə deyil,
konkret öhdəliklərin yerinə yetirilməməsinə görə elan edilir.

Qeyd edilir ki, Moskvanın kapital və faizlərin ödənilməsi üçün
aprelin 4-dən 30 günlük güzəşt müddəti var. Lakin “Standard &
Poor’s” Qərbin Rusiyaya qarşı sanksiyalarını nəzərə alaraq dollara
konvertasiyanı gözləmir.