Rusiya Xankəndidə özünə “yuva” qura bilərmi?

Rusiya Xankəndidə özünə “yuva” qura bilərmi?

Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Xankəndidə qalması mümkündür:

Birincisi, sülhməramlıların qalma müddəti bu vaxt bitir və rəsmi Bakı xüsusilə Moskva ilə münasibətlər fonunda razılaşmanı pozmaq niyyətində deyil (xüsusi səbəb olmasa);

İkincisi, Ermənistanın istədiyi “beynəlxalq mexanizmlərin” olmaması – əlavə ölkələrin prosesə müdaxiləsinin qarşısının alınması üçün bu müddətdə sülhməramlılara dözmək olar.

Əsas məsələ Xankəndidə Azərbaycan bayrağının və qanunlarının olması, eləcə də erməni sakinlərin vətəndaşlıq məsələsinin həllidir. Rəsmi Bakı üçün əsas prioritet bu olacaq.

Və əsas sual: Rusiya Xankəndidə özünə uzunmüddətli “yuva” qura, ermənilərə pasport paylaya bilərmi?

Ruslar çox şey istəyə bilər, amma bu, praktiki olaraq mümkün deyil. Əsas prioriteti Cənubi Qafqazda qalmaq olan Rusiya üçün Qarabağın plasdarm olmaq perspektivi artıq sıradan çıxıb, əks təqdirdə, antiterror tədbirləri zamanı bu qədər neytral mövqe sərgiləməzdi.

Teqlər: