Rusiya X şəbəkəsinin rus analoqunu yaratmalıdır​

Rusiya X şəbəkəsinin rus analoqunu yaratmalıdır​

Rusiya daxili və xarici auditoriya üçün X sosial şəbəkəsinə bənzər öz platformasını yaratmalıdır.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov deyib.

Ulyanov X sosial şəbəkəsini çoxtərəfli diplomatiyanın mühüm aləti adlandırıb:

“Sözügedən şəbəkə dəfələrlə aktual beynəlxalq problemlərin sülh yolu ilə həllinə kömək edib”.

O qeyd edib ki, sosial şəbəkədə bəzi alqoritmlər var ki, tvitləri geniş şəkildə paylaşmağa imkan vermir və abunəçilərin sayı məhduddur:

“Mən istərdim ki, Rusiya dövləti bu məsələ ilə maraqlansın, həm daxili, həm də xarici auditoriya üçün işləyən güclü platforma yaratsın. Əgər özəl bir şəxs Teleqram kanalı yaradıb və uğur qazanıbsa, yəqin ki, Rusiya dövləti də buna bənzər bir şey edə bilər. Amma bu, baş vermir, çünki bunun üçün görünür, müvafiq qərarların qəbul edilməsi lazımdır. Hələlik belə qərar yoxdur. Düzünü desəm, bu, adama təsir edir. Düşünürəm ki, bu problemi həll etsək, çox şey qazana bilərdik. O cümlədən ölkəmizin Qərbdəki imici baxımından”.

Teqlər: