Rusiya “Volqa”nı döyüşə göndərdi – Video

Rusiya “Volqa”nı döyüşə göndərdi – Video

Rusiyanın “Volqa” zirehli qatarı müharibə zonasında dəmir yolunun bərpasında iştirak edir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.

Qeyd edilir ki, zirehli qatarlardan 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Qafqazda gedən münaqişələr zamanı Rusiya ordusu fəal şəkildə istifadə edirdi:

“Rusiya ordu komandanlığı onlardan dinc əhalinin Xersondan təxliyəsi və Tavriyada patrul xidməti zamanı da istifadə edib. “Volqa” zirehli qatarının şəxsi heyəti təkbaşına qatarın hərəkəti zamanı aşkar edilmiş relslərin zədələnməsini və ərazinin təmizlənmiş sahələrini təmir edə bilər. Texnika müasir silahlarla, ən son texnologiya və atəş üçün sığınacaqlarla təchiz edilib. Silah sistemi hərbi qulluqçulara ən çətin şəraitdə belə fəaliyyət göstərməyə imkan verir”.

Teqlər: