Ukraynanın Vinnitsa şəhərinə Rusiya Silahlı Qüvvələrinin raket zərbələri nəticəsində 21 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat verib.
Ölənlərdən 3-ü uşaqdır.
Raket hücumu nəticəsində 55 yaşayış binasına və 40-a yaxın avtomobilə ziyan dəyib.