Rusiya vətəndaşları bu ölkəyə gedə bilmir

Rusiya vətəndaşları bu ölkəyə gedə bilmir

Latviya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri gələn ilin martın 4-dək uzadıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ruslar turizm və istirahət məqsədilə respublika ərazisinə daxil ola bilməyəcəklər.

Qeyd edək ki, 2022-ci il 19 sentyabr tarixində Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) və Polşa rusların turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün Şengen zonasına girişini bağlayıblar.

Teqlər: