Gədəbəy şəhəri, Heydər Əliyev prospektində avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, əslən Gədəbəydən olan Rusiya vətəndaşı Məhəmməd Səmaləddin oğlu Abbasov etibarnamə ilə idarə etdiyi avtomobillə yolu keçmək istəyən 11 yaşlı Yusif Şaiq oğlu İsmayılzadəni vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.