Rusiya vətandaşı Zaqatalada faciəvi şəklildə öldü

Rusiya vətandaşı Zaqatalada faciəvi şəklildə öldü

Zaqatalada 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

AzerTimes APA-ya şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Mamrux kəndində baş verib. İlkin məlumata görə, Rusiya Fedarasiyası vətəndaşı, Murmansk vilayətində yaşayan, əslən Mamrux kəndindən olan 1968-ci il təvəllüdlü Akif Muradəli oğlu Qurbanov ehtiyatsızlıqdan maye qaz daşıyan yük maşınının təkəri altına düşüb.

Hadisə zamanı ağır xəsarətlər alan A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. A. Qurbanovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: