Rusiya-Ukrayna sülh sammitini təşkil etməyə və bu sammitə ev sahibliyi etməyə hazırıq.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğan 2022-ci ildə İstanbulda keçirilən diplomatik görüşün nəticə vermədiyini qeyd edib:
“Ukrayna ilə Rusiya arasındakı müharibə danışıqlar yolu ilə başa çatmalıdır. Biz Rusiyanın da iştirak edəcəyi sülh sammiti keçirməyə hazırıq”.