Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırıq – Türkiyə Prezidenti

Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə
hazırıq.

Trend-in məlumatına görə, bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə
heyətləri ilə görüşdə deyib.

O bildirib ki, tezliklə atəşkəs və sülhün bərqərar olması hər
kəsin xeyrinə olacaq.

“Nümayəndələrin danışıqlarda əldə edəcəyi irəliləyiş həm də
növbəti mərhələyə, liderlər səviyyəsində əlaqə yaratmağa imkan
verəcək. Biz belə bir görüşə ev sahibliyi etməyə hazırıq”, – deyə
Türkiyə Prezidenti vurğulayıb.

Teqlər: