Rusiya prezidenti cənab Putin və Ukrayna prezidenti cənab
Zelenski ilə yenidən görüşməyi planlaşdırırıq.
Trend-in məlumatına görə, bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında
deyib.
Onun sözlərinə görə, bu görüşlə İstanbulda prosesin liderlər
səviyyəsində davam etdirilməsi planlaşdırılır.
“Ümid edirəm ki, dəvətimizi qəbul etsələr, yüksək səviyyəli
görüşü İstanbulda keçirəcəyik”, – deyə o əlavə edib.