Rusiya və Ukrayna bu ərazidə atəşkəs elan edə bilər

Rusiya və Ukrayna bu ərazidə atəşkəs elan edə bilər

Zaporojye AES ərazisində Rusiya ilə Ukrayna arasında atəşkəs əldə oluna bilər.

AzerTimes xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi məlumat verib.

O qeyd edib ki, AES-in zədələnmiş 330 kV-luq ehtiyat elektrik ötürücü xətti ərazisində müvəqqəti atəşkəslə bağlı məsləhətləşmələrə başlanılıb.

Məlumatda bildirilir ki, sözügedən xətt yanvarın 2-də hərbi əməliyyatlar nəticəsində zədələnib və istismardan çıxıb. Qrossi bildirib ki, hazırda Zaporojye AES yalnız bir ədəd işlək 750 kV-luq elektrik xəttindən asılı vəziyyətdədir.

Teqlər: