Rusiya və Ukrayna arasındakı müzakirələrin uğurlu nəticəsi olmalıdır – Ərdoğan

Rusiya və Ukrayna arasındakı müzakirələrin uğurlu nəticəsi
olmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə
heyətləri ilə görüşdə deyib.

O qeyd edib ki, beşinci həftəsinə qədəm qoyan münaqişə dost və
qonşu olaraq Türkiyəni çox kədərləndirir.

“Böhranın ilk günündən eskalasiyanın qarşısını almaq üçün bütün
səviyyələrdə səmimi səylər göstərdik. Şəxsən mən çoxlu
həmkarlarımın, dövlət başçılarının iştirakı ilə gərgin diplomatik
iş aparmışam. Biz söz sahibi olduğumuz bütün beynəlxalq
platformalarda hər iki tərəfin hüquqlarını və həssaslıqlarını
qoruyan, onlara əməl edən ədalətli yanaşma nümayiş etdirmişik”, –
deyə R.T.Ərdoğan əlavə edib.

Teqlər: