Sentyabrın 2-də Donetsk vilayətində Ukrayna və Rusiya arasında hərbi əsirlərin növbəti dəfə mübadiləsi baş tutub.
AzerTimes xəbər verir ki, bu haqda Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının teleqram kanalında məlumat paylaşılıb.
“14 ukraynalı müdafiəçi vətənə qayıdıb. Hərbçilər bu ilin yazında əsir götürülüb”, – deyə məlumatda qeyd edilib.