Yaxın vaxtlarda Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının
dördüncü raundu keçiriləcək.
AzerTimes-ın
məlumatına görə, bu barədə jurnalistlərə Rusiya nümayəndə heyətinin
üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri
Leonid Slutski danışıqların üçüncü raundu başa çatdıqdan sonra
deyib.
“Bu gün nəyinsə imzalanacağını güman etmək sadəlövhlük olardı,
bunlar həcmli materiallardır. Şübhəsiz ki, yaxın vaxtlarda bu
sənədlər üzərində iş davam etdiriləcəkdir. Belə ki, növbəti,
dördüncü tur yaxın vaxtlarda Belarus ərazisində keçiriləcək”, –
deyə L.Slutski bildirib.
O, əlavə edib ki, dəqiq tarix deyə bilməsə də, “yaxın vaxtlarda
müəyyənləşəcək”.