Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə
Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon
danışığı olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə
Nazirliyindən jurnalistlərə bildiriblər.
“Danışıqlar zamanı Ukraynadakı vəziyyət, eləcə də iki ölkə
arasında Müdafiə Nazirlikləri xətti ilə əməkdaşlığın digər aktual
məsələləri müzakirə edilib”, – deyə Nazirlikdən bildirilib.