Rusiya və Türkiyə diplomatik kanallar vasitəsilə əlaqə saxlayır, İranın İsrail ərazisinə kütləvi raket hücumu ilə bağlı vəziyyəti müzakirə edir.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Təbii ki, bu vəziyyət diplomatik kanallarla müzakirə olunur. Səfirlərimiz bütün həmsöhbətləri ilə, o cümlədən bu məsələ ilə bağlı əlaqə saxlayırlar”, – o bildirib.