Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə türkiyəli həmkarı Mehmet Kamal Bozay arasında siyasi məsləhətləşmələr aparılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, məsləhətləşmələr zamanı Ukrayna ətrafındakı münaqişə, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiyada vəziyyətlə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında əsaslı fikir mübadiləsi aparılıb.