Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib.
Qeyd edilən anlaşmanın bir saat öncə başlayan OPEC+ ölkələrinin virtual iclasında əldə edildiyi deyilir.
Məlumata görə, apreldən etibarən Rusiya gündəlik neft hasilatını 2 milyon barel, Səudiyyə Ərəbistanı isə 4 milyon barel azaldacaq.
Ümumilikdə isə OPEC+ ölkələrinin gündəlik hasilatı 20 milyon barel azaltmaq istədiyi qeyd edilib.