Rusiya və Qərb qarşılıqlı faydalı əlaqələr qurmalıdır.
Trend xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi
İbrahim Kalın yerli mətbuata müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə Rusiya ilə əlaqələrini kəsmədən,
Qərblə təmaslarını davam etdirərək Ukraynanı dəstəkləyir.
“Biz qarşıdakı onilliklərdə də bu istiqamətdə işimizi davam
etdirəcəyik. Bunun əsası Rusiya ilə Qərb arasında da qurulmalı olan
qarşılıqlı faydalı əlaqələrdir”, – İbrahim Kalın deyib.
O əlavə edib ki, Türkiyə problemlərin diplomatiya yolu ilə həll
oluna biləcəyini nümayiş etdirib.