Rusiyanın davranışları NATO ilə Qara dənizdə toqquşmaya səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Todor Taqarev deyib.
“Biz Qara dənizdə NATO ilə Rusiya arasında toqquşmaları istisna edə bilmərik. Ancaq gərginliyin qarşısını almağa çalışırıq. Bu, Rusiyanın addımlarından asılıdır. Rusiya daim nəzarət zonasını genişləndirməklə, NATO-ya qarşı təxribat törədir”, – Taqarev bildirib.